home English Tracks Yaşamalı Lyrics

Yaşamalı Lyrics

Song Info: Presenting you Yaşamalı Lyrics.

Yaşamalı Lyrics

[Bənd 1]
Yaşamalı…
Acısıyla, şiriniylə dadmalı
Həyat hər gün yenidir, anlamalı
Bəzən gülməli olur
Bəzən isə ağlamalı…

[Bənd 2]
Yaşamalı…
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı…
[Keçid]
Bu gözlərdən təbəssüm yağacaq hələ
İlk baharda güllərin açacaq hələ
Günəş bir gün səninçün doğacaq hələ…[Nəqərat]
Dəniz coşub qayalara çırpınanda
Göylər bezib ildırımlarla çaxanda
Sonuncu gün ümid qalır bu dünyada
Son ümid var bu dünyadaİnan ki, sən nə ilk, nə son dərdli adam
Həyat budur, yorulsan da, yola davam
O sinəndə ürək vurursa durmadan
Bezmək olmaz yaşamaqdan[Çıxış]
Yaşamalı…
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı…
Yaşamalı…

This is the end of the Lyrics

Leave a Reply

Your email address will not be published. Required fields are marked *